Azərbaycanda ağır qəza - Qadın sürücü yaralandı, qızı öldü - FOTO

12 May 2023 19:26

Hacıqabulda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini, 1983-cü il təvəllüdlü Əliyeva Vəfa Fərhad qızının idarə etdiyi "Hyundai" markalı avtomobil TIR-la toqquşub və dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücünün 15 yaşlı qızı hadisə yerində ölüb. Sürücü Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az