Dubayın aviasiya rəhbərliyi Ermənistanın "FlyOne Ermənistan" şirkətinə məxsus daha bir sərnişin təyyarəsinin enişinə icazə verməyib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə şirkətdən məlumat verilib.
Məlumata görə, buna səbəb sənədlərin qaydasında olmaması göstərilib.
Qeyd edək ki, dünən Dubayın aviasiya rəhbərliyi Ermənistanın "FlyOne Ermənistan" şirkətinin təyyarəsinə yerli hava limanında eniş etməyə icazə verməmişdi.
Milli.Az