Rusiyalı müğənni, ssenarist, bəstəkar, aktyor Mark Kotlyar 48 yaşında vəfat edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə ifaçının yaxınları sosial mediada yazıb. Kotlyar uzun sürən xəstəlikdən sonra İsraildə dünyasını dəyişib.
Qeyd edək ki, Kotlyar karyerasına 2007-ci ildə başlayıb. O, özünü "Biz Rostovdanıq" serialında aktyor kimi də sınayıb.
Milli.Az