Elçin Əfəndiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi

12 May 2023 14:28

Prezident İlham Əliyev E.İ.Əfəndiyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elçin İlyas oğlu Əfəndiyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Milli.Az