“Qarabağ” dünyanın ən güclü klubları arasındadır

12 May 2023 16:28

Klubların dünya reytinqi açıqlanıb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, İFFHS-in siyahısında planetin ən güclü 300 komandası yer alıb.

Cədvəldə Azərbaycan bir klubla təmsil olunub. Son ölkə çempionu və Misli Premyer Liqasının hazırkı lideri "Qarabağ" dünyanın 67-ci komandasıdır.

Qurban Qurbanovun yetirmələrinin hesabında 141 xal var. Ağdam klubu ötən cədvəllə müqayisədə 5 pillə geriləyib.

Qeyd edək ki, reytinqin lideri dəyişib. 320 xala malik "Real" 1-ci pilləyə yüksəlib.

Milli.Az