Priqojin Şoyqunu Baxmuta çağırdı

12 May 2023 13:53

"Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Baxmuta çağırıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, çağırışı Priqojin Teleqram kanalında yayımlanıb.

Priqojinin sözlərinə görə, Baxmutda vəziyyət ağırdır, Ukrayna ordusu cinahları yarıb:

"Vaqner"in cinahlarında düşmən bir sıra uğurlu əks-hücumlar həyata keçirib. Çətin əməliyyat vəziyyətini, eləcə də döyüş əməliyyatlarında çoxillik təcrübənizi nəzərə alaraq, gəlməyinizi xahiş edirəm. Mövcud vəziyyəti müstəqil qiymətləndirmək üçün Baxmuta gəlin".

Milli.Az