"Həyat yoldaşım mənsiz gecə klubuna gedə bilməz"

12 May 2023 12:25

Türkiyəli müğənni Seda Sayan şəxsi həyatı ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "2sayfa" verilişində həyat yoldaşı Çağlar Öktənlə biri-birinə qoyduqları qadağadan danışıb:

"Həyat yoldaşım mənsiz gecə klubuna gedə bilməz, mən də onsuz gedə bilmərəm. O, kişi dostlarıyla, mən də qadınlarla gedirəmsə, orada nəsə olarsa, Çağlara söz haqqı vermərəm. O da bunu bilir. Mənim məyus olmağıma şərait yaratmamalıdır. Mən də onu incitməməliyəm. Bunun söhbəti belə insanı iyrəndirir".

Milli.Az