Yaponiyanın Okinava prefekturasının üzərində səmada mənşəyi məlum olmayan obyektlər görünüblər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şahidlər axşam saatlarında səmada çox yavaş hərəkət edən iki alovlanan obyekti lentə alıblar.
Mütəxəssislərin fikrincə, bu naməlum uçan obyektlərin alovlu quyruğu meteordan xeyli uzun olub, hərəkət trayektoriyası isə kometadan fərqlənib.
Milli.Az