Avropa Liqası: “Yuventus” ilə “Sevilya” heç-heçə edib - VİDEO

12 May 2023 07:00

UEFA Avropa Liqasının 1/2 finalında İtaliyanın "Yuventus" futbol klubu ilə İspaniyanın "Sevilya" komandası arasındakı oyun heç-heçə ilə başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.

"Sevilya" 26-cı dəqiqədə Yusif Ən-Nəsirinin qolu sayəsində hesabda önə keçib. "Yuventus" ikinci hissənə əlavə vaxtının yeddinci dəqiqəsində Federiko Qattinin qolu ilə hesabı bərabələşdirib.

Paralel keçirilən digər qarşılaşmada İtaliyanın "Roma" komandası doğma meydanında Almaniyanın "Bayer" komandasını 1:0 hesabı ilə məğlub edib. Qolu Edoardo Bove (63-cü dəqiqə) vurub.

Cavab qarşılaşmaları mayın 18-də müvafiq olaraq "Sevilya" və "Bayer Leverkuzen"in meydanlarında keçiriləcək.

Milli.Az