Sinan Oğan da prezidentliyə namizədlikdən geri çəkilib?

11 May 2023 19:14

Türkiyədəki prezident seçkilərində namizədliyini geri çəkəcəyi deyilən Sinan Oğan həmin iddialara münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, namizədliyini geri çəkəcəyi iddialarının həqiqəti əks etdirmədiyini deyib.

"Bizə qarşı oynanılması nəzərdə tutulan oyunlara alət olmayın", - deyə o vurğulayıb.

Qeyd edək ki, Sinan Oğan "ATA" İttifaqından prezidentliyə namizəddir.
Xatırladaq ki, Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce prezidentliyə namizədliyini geri götürüb.

Milli.Az