“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının sonuncu günü maraqlı təqdimatlarla yadda qaldı - FOTO

11 May 2023 16:20

Şuşada artıq 3-cü gündür ki, davam edən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının sonuncu günü də maraqlı təqdimatlarla yadda qalıb.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda mayın 11-də də Şuşanın müxtəlif məkanlarını əhatə edən tədbirlər zamanı "Natiq Ritm" qrupunun, Ənvər Sadıqov və "Qaytağı" instrumental ansamblının çıxışları olub.

Qeyd edək ki, mayın 9-da başlayan festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar baş tutub.

Milli.Az