Bakıda yol çökdü

11 May 2023 11:47

Bakıda yol çöküb.

Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzindən Milli.Az-a verilən məlumata görə, hadisə paytaxtın 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsindən, üzü mərkəz istiqamətinə olan yolda baş verib.

Yolun bir hissəsində çökmə olub.

Hazırda təmir-bərpa işləri aparıldığından yolda sıxlıq müşahidə olunur.

Milli.Az