Entoni Blinkenin Tvitter paylaşımı: "Cənubi Qafqaz sülhünü müzakirə etmək əladır"

11 May 2023 09:45

ABŞ dövlət katibi Entoni Blinken Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə Cənubi Qafqazda sülhü müzakirə edib.

Milli.Az xəbər verir ki, bu barədə Entoni Blinken Tvitter paylaşımında bildirib:

"Aİ Şurasının Prezidenti Şarl Mişellə bu gün Ukrayna üçün dəstəyi, Cənubi Qafqaz sülhünü və bizim transatlantik tərəfdaşlığımızı dərinləşdirməyi müzakirə etmək əladır", - Blinken qeyd edib.

Milli.Az