Şah Mahmud Qureyşi saxlanılıb

11 May 2023 08:17

Pakistanın keçmiş xarici işlər naziri və müxalif Ədalət Hərəkatı Partiyasının (ƏHP) sədr müavini Şah Mahmud Qureyşi cümə axşamı saxlanılıb.

Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə ƏHP-nin mətbuat xidmətindən məlumat verilib.

"İslamabad polisi Şah Mahmud Qureyşini İslamabaddakı Gilgit-Baltistan regional ofisindən götürdükdən sonra həbs edib", - deyə partiyanın məlumatında bildirilir.

Qeyd edək ki, çərşənbə günü "Geo-TV" mənbələrə istinadən xəbər vermişdi ki, Qureyşi ictimai asayişin qorunması haqqında qanunu pozduğuna görə 15 sutka həbs edilib. Lakin həmin gün axşam saatlarında siyasətçi "Twitter"də həb edilməsi faktını təkzib etmişdi.

Milli.Az