Avropada qazın qiyməti kəskin ucuzlaşdı

11 May 2023 06:09

Avropada təbii qazın qiyməti 2021-ci il iyulun 8-dən bəri ilk dəfə 1000 kubmetr üçün 400 dollardan aşağı düşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu London ICE birjasının məlumatında bildirilib.

Təbii qazın qiymətində sutka ərzində baş vermiş azalma təxminən 2,4% təşkil edib.

Milli.Az