Yeniyetmə sevgilisinə sürpriz edəndə öldü

10 May 2023 20:48

Simferopol şəhərində 14 yaşlı yeniyetmə sevgilisinə kəndirlə sürpriz etmək istəyib və ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, məktəbli yeni dostu ilə Qaqarinski parkının yaxınlığındakı uşaq meydançasında görüşməyə razılaşıb. Yeniyetmə dostunu heyran etmək qərarına gəlib və onun boynuna kəndir atmağa başlayıb. Birdən məktəbli sürüşüb və kəndir onun boğazını sıxıb. Yeniyetməni xilas etmək mümkün olmayıb.

Hadisədən sonra polis əməkdaşları araşdırmalara başlayıb.

Milli.Az