Erlinq Haalandın atası "Real"ın stadionundan qovuldu - VİDEO

10 May 2023 19:48

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən "Real" - "Mançester Siti"nin oyunu zamanı tribunada qalmaqal yaşanıb.

Milli.Az xəbər verir ki, "şəhərlilər"in hücumçusu Erlinq Haalandın atası Alfye qalmaqala səbəb olub. O, əylişdiyi VIP lojanın qarşısındakı azarkeşlərlə mübahisə edib. Söz atışmaları sonra daha da qızışıb. Alfye fanatlara pitsa və digər əşyalar atmağa başlayıb.

Məsələyə "Real"ın mühafizə xidmətinin əməkdaşları və polis qarışmalı olub. Erlinqin atasını sakitləşdirmək mümkün olmadığından, stadiondan çıxarılıb. (publika)

Milli.Az