Aşan ağacın altında qalan iki nəfər öldü - VİDEO

10 May 2023 18:12

Rusiyada ağac aşaraq qocanı və azyaşlını öldürüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Saratov vilayətində, eyniadlı şəhərdə baş verib.

Hadisə günorta saatlarında şəhər parklarından birində baş verib.

Hazırda xilasedicilər hadisə yerində tədbirlər görürlər.

Milli.Az