Bayıldan Əhmədliyə Xəzər üzərindən körpü salınır? - Eldar Əzizovdan açıqlama

10 May 2023 11:56

Bakı Şəhər İcra Hakimiyyəti Bayıl ərazisindən Əhmədli istiqamətinə Xəzər dənizi üzərindən körpü salınması barədə deyilənlərə aydınlıq gətirib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov APA-ya bildirib ki, bu gün bu məsələ adi söhbətlər səviyyəsindədir.

"Hələlik bununla bağlı konkret qərar yoxdur" - deyə o qeyd edib.

Milli.Az