Quru sərhədlərinin açılmasına bu tarixdə baxılacaq - Prezidentin köməkçisi AÇIQLADI

10 May 2023 10:54

Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-ə kimi uzadılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov quru sərhədlərinin açılması məsələsinə münasibət bildirərkən deyib.

Prezidentin köməkçisi Şahmar Mövsümov qeyd edib ki, quru sərhədlərinin açılacağı ilə bağlı məsələyə bundan sonra baxılacaq.

Milli.Az