Bakıda 15 yaşlı qız itkin düşüb

10 May 2023 09:59

Bakıda 15 yaşlı qızın itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

Milli.Az xəbər verir ki, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən 1976-cı il təvəllüdlü G.A. 15 yaşlı qızının itkin düşdüyünü bildirib.

O qeyd edib ki, qızı M.Əliyeva mayın 8-i saat 20:30 radələrində Ş.Məmmədova küçəsində yerləşən evi tərk edib və geri qayıtmayıb.

Mraciətlə bağlı axtarış tədbirləri həyata keçirilir.

Milli.Az