Rubl bahalaşdı

10 May 2023 16:00

Moskva birjasında dolların məzənnəsi martın 23-dən bəri ilk dəfə olaraq 76 rubldan aşağı düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, yerli vaxtla saat 13.18-də dolların məzənnəsi 2,13 rubl azalaraq 76,06 rubla, bir dəqiqə əvvəl isə 75,97 rubla düşüb.

Yuanın məzənnəsi 28 qəpik azalaraq 10,97 rubl, avronun məzənnəsi 2,81 rubl azalaraq 83,44 rubl təşkil edib.

Milli.Az