XİN Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı paylaşım edib

10 May 2023 08:35

Xarici İşlər Nazirliyi Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı paylaşım edib.

Milli.Az bildirir ki, bu barədə nazirlik öz "Twitter" səhifəsində yazıb.

"Anadan olmasının 100-cü ildönümünü ehtiram ilə qeyd etdiyimiz, ömrünü xalqına həsr edən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan var olduqca əbədi yaşayacaq. Qürur mənbəyimiz Ümummilli Liderimizi dərin minnətdarlıqla anırıq", - deyə paylaşımda bildirilib.

Milli.Az