Kiyev ələ saldı: Moskvada “ginneslik” parad...

10 May 2023 07:27

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Moskvada keçirilən paradı ələ salıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, o, mayın 9-da Moskvada keçirilən "ən qısa hərbi parad"ın Ginnesin Rekordlar Kitabına daxil olması üçün Rusiyanın "ərizə təqdim etdiyini" bildirib.

O qeyd edib ki, Moskvanın Qırmızı meydanındakı paradı təxminən 40 dəqiqə davam edib:

"Bu, 1941-ci ildən bəri ən qısa parad idi. Qorxaqlıq və qorxu paradı".

Danilov iddia edib ki, paradı tez-tələsik yekunlaşdırmalarına səbəb "bunkerə mümkün qədər tez qaçmaq" istəyindəndir.

Milli.Az