Bütün üzvlər Ukraynanı dəstəkləyir - Stoltenberq

9 May 2023 22:22

NATO-nun bütün üzvləri Ukraynanın Alyansa qatılmasını dəstəkləyir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, əsas məsələ vaxtdır, ona görə də tam üzvlüyün vaxtı məlum deyil:

"NATO-ya üzv dövlətlər Ukraynaya blokun qüvvələri ilə qarşılıqlı fəaliyyətin təmin edilməsində, müdafiə və təhlükəsizlik institutlarında islahatların aparılmasında və təkmilləşdirilməsində kömək edirlər. NATO-nun qapıları hər zaman açıqdır".

Milli.Az