“Ukrayna hələ qalib gəlməyib, amma Rusiya müharibəni artıq uduzub”

11 May 2023 17:44

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynada müharibənin davam etdiyini, lakin Rusiyanın artıq müharibəni uduzduğunu bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Borrell bu haqda Brüsselin Eqmont sarayında keçirilən "Avropa Müdafiə və Təhlükəsizlik Sammiti" tədbirində sualları cavablandıran zaman danışıb.

"Rus ordusu məğlub oldu. Kiyevi bir neçə həftəyə almağa çalışdılar, bacarmadılar, geri çəkildilər, Baxmutu ala bilmədilər. Rusiya artıq bu müharibəni uduzdu. Ukrayna hələ qalib gəlməyib, amma Rusiya açıq-aşkar hərbi cəhətdən məğlub olub", - deyə Borrel qeyd edib.

Milli.Az