NASA: 76 metrlik asteroid Yerə yaxınlaşır

9 May 2023 10:47

2023-cü il mayın 12-də 2023 HT4 asteroidi Yerin yanından keçəcək. Onun uzunluğu 76 metrdir.

Bu barədə APA ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) istinadən xəbər verir.

Asteroid Yerdən təxminən 6,08 milyon km məsafədə uçacaq. O, saatda 32 184 km sürətlə hərəkət edir.

NASA mütəxəssisləri adətən potensial təhlükəli astronomik obyektlər statusunu onlar Yerə 7,5 milyon km-dən az məsafədə yaxınlaşdıqda və göy cisminin diametri 100-150 m-dən çox olarsa verirlər. Belə cisimlər quruda və ya okeanda əhəmiyyətli dağıntılara səbəb ola bilər. 2023 NT4 asteroidi eyni zamanda hər iki meyara cavab vermədiyi üçün potensial təhlükəli hesab edilmir.

Milli.Az