Öküz döyüşlərində qorxulu anlar - VİDEO

9 May 2023 16:02

Türkiyənin Artvin vilayətinin Murgul rayonunda öküz döyüşləri olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu zaman meydanda rəqibini gözləyən öküz tribunaya hücum edib. Öküz gözlənilmədən protokolların tərtib olunduğu tribunaya atılıb.

İzləyicilər arasında təşviş yaranıb.

Öküzün tribunanı bir-birinə qatdığı anlar saniyə-saniyə kameralara əks olunub.

Milli.Az