Bakıda kişi hamamda faciəvi şəkildə öldü

8 May 2023 11:24

Bakıda kişi dəm qazından zəhərlənib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 42 yaşlı Nəsirov Elşən Əlösət oğlu saat 22 radələrində yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az