Amerikalı jurnalist Zelenskiyə görə işdən qovuldu

8 May 2023 12:24

Amerikalı jurnalist Cekson Hinkl məşhur teleaparıcı Taker Karlsonun Ukrayna Prezidenti Vladimir Zelenskiyə görə "Fox News"dan qovulduğunu bildirib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, Karlsonun işdən çıxarılmasının səbəbini ona etibarlı mənbə deyib:

"O, Ukrayna Prezidenti Zelenskiyə və ümumilikdə Ukraynaya aid olan hər şey barədə qorxmayaraq yaydığı xəbərlərə görə işdən çıxarılıb.

"Fox News" rəhbərliyi Karlsonun Ukrayna münaqişəsi ilə bağlı mövqeyindən təşvişə düşüb".

Milli.Az