TASS xəbər agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın "Hakimiyyət formulu" layihəsi çərçivəsində növbəti film efirə çıxıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, proqram Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunub.
"Heydər Əliyev. Son söz" televiziya proqramı mayın 6-da və 7-də "Rossiya-24" telekanalında nümayiş olunub.
Televiziya proqramının əsasını Heydər Əliyevin "Hakimiyyət formulu" üçün 2001-ci ildə verdiyi eksklüziv müsahibəsi təşkil edib.
Bundan başqa, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində yeni "Liderin ürəyi" filmi üzərində işlər tamamlanıb. Tezliklə filmin premyerası baş tutacaq.
Verilişin tam versiyasını oxucuların diqqətinə çatdırırıq.
Milli.Az