Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək

8 May 2023 10:39

Mayın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Bu barədə Milli.Az-a Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Milli.Az