Atasının son təbrikini paylaşdı - FOTO

7 May 2023 23:34

Müğənni İlhamə Qasımova bir müddət əvvəl dünyasını dəyişən atası ilə yazışmasını paylaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ad günü olan sənətçi atasının təbrikini xatırlaylb.

"Atamın son təbriki. Canım atam. Çox darıxıram. Allah sənə rəhmət, məkanını cənnət eləsin. Səni bir daha görməyəcəyəm, qucaqlayıb öpməyəcəyəm, təbriklərini eşitməyəcəyəm. Can ata" deyə, İlhamə paylaşımında yazıb.

Milli.Az