Ərdoğandan Böyük İstanbul Tuneli ilə bağlı müjdə...

7 May 2023 22:25

Biz Böyük İstanbul Tuneli layihəsini həyata keçiririk.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən kütləvi mitinqdə deyib.

"Bu layihə Mərmərə və Avrasiya tunelindən sonra İstanbul boğazının altından keçəcək üçüncü tunel olacaq", - Ərdoğan bildirib.

Prezident qeyd edib ki, Böyük İstanbul tuneli meqapolisin 11 müxtəlif dəmir yolu xəttini birləşdirəcək.

Onun sözlərinə görə, bundan hər il 6,5 milyon insan istifadə edəcək.

Milli.Az