Bayden ABŞ bayraqlarının yarıya endirilməsini əmr etdi

7 May 2023 22:20

Bayden Texasdakı faciə ilə əlaqədar ABŞ bayraqlarının yarıya endirilməsini əmr edib.

Milli.Az redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Mən bütün hökumət binalarının və meydanların, hərbi postların və hərbi dəniz bazalarının, Kolumbiya dairəsində və ABŞ-ın bütün federal hökumət gəmilərinin üzərində ABŞ bayrağının yarıya endirilməsini əmr edirəm", - deyə Ağ Evin saytında bildirilib.

Bayraqlar 2023-cü il mayın 11-dək yarıya qədər endiriləcək.

Bayden əlavə edib ki, o, federal qurumlara hadisənin araşdırılmasında bütün lazımi dəstəyi göstərməyi tapşırıb.
Bundan əvvəl Texasda ticarət mərkəzində atışma olub. Hücum edən ölüb.

Milli.Az