III Çarlzın tacqoyma mərasimi zamanı polis 52 nəfəri saxlayıb

7 May 2023 11:00

Britaniya kralı III Çarlzın tacqoyma mərasimi zamanı polis Londonda ictimai asayişi qoruyarkən 52 nəfəri həbs edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Şotland-Yardın şənbə günü yaydığı məlumatda deyilir.

"Xuliqanlıq və asayişi pozmaya görə ümumilikdə 52 nəfər saxlanılıb", - məlumatda deyilir.

Milli.Az