Rusiyanın daha bir vilayətində PUA uçuşu qadağan olundu

6 May 2023 23:50

Rusiyanın İrkutsk vilayətində pilotsuz uçuş aparatlarının, o cümlədən kvadrokopterlərin istifadəsi qadağan olunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev fərman imzalayıb.

Qeyd edək ki, Kremlə hücumdan sonra Moskva vilayətində də PUA-ların istifadəsinə qadağa qoyulub.

Milli.Az