Türkiyədə dəhşətli qəza: 6 ölü, 30-dan çox yaralı

6 May 2023 23:15

Türkiyənin Hatay vilayətində ağır avtomobili qəzası baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, qəza nəticəsində 6 nəfər ölüb, 30-dan çox insan isə yaralanıb.

Məlumata görə, yük avtomobili əsgərləri yola salan izdihamın içərisinə çırpılıb.

Ümumilikdə qəza zamanı 12 avtomobilə ziyan dəyib.

Milli.Az