Yuxuda idilər, ayıldılar ki... - Sərxoş sürücü maşını evə çırpdı - VİDEO

6 May 2023 11:56

Rusiyada sərxoş sürücünün idarə etdiyi avtomobil evə çırpılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Kras Mash" Telegram kanalı məlumat yayıb.

"Toyota Mark II" markalı avtomobili idarə edən 23 yaşlı sürücü əvvəlcə lövhəyə, elektrik ötürücü dirəyinə, daha sonra Zareçnaya 56 ünvanında yerləşən evə çırpılıb.

Zərbənin təsirindən binanın divarları uçub. Həmin vaxt bütün ailə evdə yatırmış. Ev sahibləri və maşında olanların xəsarət aldğı bildirilir. (publika)

Milli.Az