İranın məşhur sünni cümə imamı: “Nə təhsil verdik, nə iş yeri yaratdıq, bacardığımız edamdır” - VİDEO

7 May 2023 05:28

İranın məşhur sünni cümə imamı Mövləvi Əbdülhəmid molla rejiminin yeni edamlara başlamasına kəskin etiraz edib.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.

Bildirilib ki, M.Əbdülhəmid "Nə təhsil verdik, nə iş yeri yaratdıq. Bizim bacardığımız iş edamdır!" deyə etiraz edib.

Milli.Az