Bakıda qadın kimyəvi təmizləmə vasitəsi içərək ölüb

6 May 2023 09:15

Bakıda zəhərlənən qadın ölüb.

Milli.Az xəbər verir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində 1964-cü il təvəllüdlü, Mənsimova Ziyafət İman qızı yaşadığı ünvanda kimyəvi təmizləmə vasitəsi içib.

Qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib və xəstəxanada ölüb.

Onun psixi problemdən əziyyət çəkdiyi, intihar etdiyi iddia olunur.

Milli.Az