Mayın 16-na olan hava proqnozu
16 May 2010 06:00
Milli.Az xəbər portalına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gün ərzində hava əsasən yağmursuz keçəcək. Arabir bəzi yerlərdə zəif yağmur gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyilə əvəzlənəcək.
Havanın temperaturu gecə 15-18 dərəcə isti, gündüz 24-27 dərəcə isti təşkil edəcək.
Milli.Az