Türkiyədə beşmərtəbəli bina çökdü

5 May 2023 21:15

Türkiyənin Malatya vilayətinin Battalqazi rayonunda zəlzələ nəticəsində ciddi şəkildə zədələnmiş beşmərtəbəli bina çöküb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, çökmə nəticəsində 29 yaşlı Oktay Güçlü adlı şəxs dağıttılar altında qalıb.

AFAD əməkdaşları dağıntılar olan yerdə axtarış-xilasetmə işlərinə başlayıb.

Milli.Az