Sabirabadda 26 yaşlı qadın intihar edib

5 May 2023 20:52

Sabirabadda 26 yaşlı qadın intihar edib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərova Fərqanə Salam qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

İntihar hadisəsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az