Türkiyənin Balıkesir vilayətində ağır yol qəzası baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, vilayətdə lisey şagirdlərini daşıyan avtobus eyni istiqamətdə hərəkət edən yük avtomobilinə çırpılıb.
Hadisə zamanı 31 uşaq, avtobusun sürücüsü və 1 lisey əməkdaşı xəsarət alıb. Yaralıların həyati təhlükəsi yoxdur.
Milli.Az