Paşinyan Praqada KTMT-dən şikayətləndi

5 May 2023 09:00

Hesab edirik ki, KTMT Ermənistan qarşısındakı vəzifələrini icra edə bilmədi.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Praqada Transatlantik Əlaqələr Mərkəzində çıxışı zamanı deyib.

O bildirib ki, KTMT ilə münasibətlərdə çətinliklər var:

"Ötən il KTMT ilə konsensus əldə edə bilmədik. Mövqeyimizi və təşkilatla bağlı narazılığımızı bildirdik. Biz səmimi və şəffafıq və bu da əlavə çətinliklər yaradır".

Milli.Az