PSJ-yə Mourinyo rəhbərlik edə bilər

4 May 2023 15:38

Joze Mourinyo PSJ-yə rəhbərlik etməkdən çəkinmir.

Məlumata görə, parislilər "Roma"nın baş məşqçisi ilə əlaqə saxlayır, onun soyunub-geyinmə otağına nəzarəti ələ keçirmə qabiliyyətini yüksək qiymətləndirirlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi ilə PSJ-nin bossları portuqaliyalı mütəxəssislə bağlı hələlik danışmayıblar.

Qeyd olunur ki, Fransa çempionu ilə işləmək perspektivi Mourinyonun özü üçün də şirnikləndirici görünür.

Milli.Az