Ukrayna NATO-nun 33-cü üzvü olmalıdır - Zelenski

4 May 2023 08:33

Ukrayna Finlandiya və İsveçdən sonra NATO-nun 33-cü üzvü olmalıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Finlandiya xalqını alyansa qoşulması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, İsveç NATO-ya üzv olmaq prosesini ən qısa zamanda başa çatdıracaq. Sizinlə (Finlandiya və İsveç - red.) birlikdə NATO 32 iştirakçı ölkədən ibarət olacaq. Ukrayna 33-cü NATO üzvü ola bilər və olmalıdır da", - deyə o bildirib.

Milli.Az