Gəncədə 14 yaşlı qız zorlanıb
15 May 2010 14:30
Şəhər Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, 14 yaşlı Gübəniz Həsənova (ad və soyad şərtidir) həmyerilisi, 25 yaşlı Fərman Əmirov tərəfindən zorlanıb.
Hadisə mayın 13-də baş verib. Elə həmin gün zərərçəkmiş şəxsin valideyni polisə müraciət edərək bildirib ki, naməlum şəxs onun 14 yaşlı qızına cinsi təcəvüz edib.
Polis əməkdaşlarının apardıqları tədbirlər nəticəsində hadisəni törətmiş şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az