Toy günləri kabusa çevrildi... - Gəlin öldü, bəy ağır yaralandı - FOTO

3 May 2023 10:21

ABŞ-ın Cənubi Karolina ştatında faciəvi qəza baş verib.

Milli.Az Manset.az-a istinadən bildirir ki, bəy və gəlin toy günü qəzaya düşüb. Gəlin hadisə yerində keçinib, bəy isə ağır yaralanıb.

Səlahiyyətlilər cütlüyün toy məclisindən çıxarkən sərxoş sürücünün maşınının onlara çırpılması nəticəsində gəlinin həlak olduğunu, bəyin isə ağır yaralandığını bildirib.

Milli.Az